“Atletik”dən minimalhesablı qələbə
16.03.2025 - 22:25

İspaniya La Liqasında XXVIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Leqanes" öz meydanında "Betis"lə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi matçında isə "Sevilya" öz meydanında "Atletik"i qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
İspaniya La Liqası
XXVIII tur
17:00. “Leqanes” - “Betis” - 2:3
19:15. “Sevilya” - “Atletik” - 0:1
0
0