"Bayer" bildiyimiz kimi: Fantastik geridönüş
17.03.2025 - 01:04
"Bayer" bildiyimiz kimi: Fantastik geridönüş

Almaniya Bundesliqasında XXVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Boxum" öz meydanında "Ayntraxt"la qarşılaşıb.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında "Bayer" səfərdə "Ştutqart"la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qapılara 7 top vurulub. "Bayer" 1:3 hesabı ilə məğlub vəziyyətdə olmasına baxmayaraq, oyunu 4:3 hesabı ilə qalib başa vurub.

Komanda ümumilikdə bu il 4-cü dəfə geridönüşə imza atıb. Xabi Alonsonun yetirmələri daha əvvəl "Haydenhaym"a (5:2), "Köln"ə (3:2) və "Volfsburq"a (4:3) qarşı oyunlarda geridən gələrək qələbəni bayram etmişdilər.

Almaniya Bundesliqası
XXVI tur

18:30. "Boxum" - "Ayntraxt" - 1:3
20:30. "Haydenhaym" - "Holşteyn Kiel" - 3:1
22:30. "Ştutqart" - "Bayer" - 3:4