“Bolonya” “Latsio”nu meydana çıxmağa peşman etdi
16.03.2025 - 21:30

İtaliya A Seriyasında XXIX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Napoli" "Venezia" ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada hesab açılmayıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun digər matçında "Bolonya" "Latsio" ilə qarşılaşıb. Ev sahibləri rəqibini meydana çıxmağa peşman edib. Görüş "Bolonya"nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya A Seriyası
XXIX tur
15:30. “Venezia” - “Napoli” - 0:0
18:00. “Bolonya” - “Latsio” - 5:0
19:00. “Roma” - “Kalyari” - 1:0
0
0