Bundesliqa: “Dortmund” səfərdə, “Bayer” evdə məğlub oldu
18.04.2026 - 23:25
Bundesliqa: “Dortmund” səfərdə, “Bayer” evdə məğlub oldu

Almaniya Bundesliqasında XXX turun qarşılaşmaları davam edir.

Apasport.az xəbər verir ki, turun ikinci oyun günündə 5 matç keçirilib.

“Hoffenhaym” öz meydanında “Dortmund”u 2:1 hesabı ilə məğlub edib. Eyni hesabla “Volfsburq” “Yunion”dan, “Auqsburq” isə “Bayer”dən üstün olub.

Digər görüşlərdə “Verder” “Hamburq”u 3:1 hesabı ilə məğlub edib, “Leypsiq” isə “Ayntraxt” üzərində eyni hesablı qələbə qazanıb.