Bundesliqa: Elitanı tərk edən komandaların adına aydınlıq gəlib
10.05.2025 - 20:43

Almaniya Bundesliqasında XXXIII turun daha 4 oyunu keçirilib.
Apasport.az xəbər verir ki, "Verder" öz meydanında "Leypsiq"lə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun digər matçında isə "Boxum" evdə "Maynts"a 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Boxum" və "Holştayn" bu tur məğlub olaraq elitanı tərk ediblər.
Almaniya Bundesliqası
XXXIII tur
17:30. "Holştayn" – "Frayburq" - 1:2
17:30. "Boxum – "Maynts" - 1:4
17:30. "Union" – "Haydenhaym" - 0:3
17:30. "Verder" – "Leypsiq" - 0:0
0
0