Bundesliqa: Liderdən gözlənilməz xal itkisi
15.03.2025 - 20:26
Bundesliqa: Liderdən gözlənilməz xal itkisi

Almaniya Bundesliqasında XXVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, eyni saatda 4 qarşılaşma baş tutub.

Lider "Bavariya" səfərdə "Yunion"la qarşılaşıb.

Gərgin keçən matçda qapılara 2 top vurulub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Turun digər matçında "Borussiya Münhenqladbax" səfərdə "Verder"i 4:2 hesabı ilə məğlub etməyi bacarıb.

Almaniya Bundesliqası
XXVI tur

18:30. "Yunion" - "Bavariya" - 1:1
18:30. "Maynz" - "Frayburq" - 2:2
18:30. "Auqsburq" - "Volfsburq" - 1:0
18:30. "Verder" - "Münhenqladbax" - 2:4