“Çelsi” darmadağınla yarımfinalda
04.04.2026 - 22:21
“Çelsi” darmadağınla yarımfinalda

İngiltərə FA Kubokunda 1/4 final mərhələsi davam edir:

Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.

"Çelsi" "Port Veyl"lə qarşılaşıb. London təmsilçisi ilk hissədə 3 qol vurub.

"Zadəganlar" ikinci yarıda daha 4 dəfə fərqlənib. Bununla da, komanda 7:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu mərhələnin matçları bir görüşdən ibarətdir.