“Fənərbaxça” qələbə ilə pley-offda
27.02.2025 - 19:59
“Fənərbaxça” qələbə ilə pley-offda

Türkiyə Kubokunda III tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

B qrupunda yer alan komanda "Qaziantepspor"un qonağı olub.

Görüş "sarı-lacıvərdlilər"in qələbəsi ilə nəticələnib - 4:1.

"Fənər"in qollarına Yussif En-Nesiri və Filip Kostiç imza atıb. Anderson Talişka isə dubl edib. Meydan sahiblərinin yeganə topunu isə Anel Husic vurub.

Bununla da, istanbullular qrupu lider bitirərək pley-offa yüksəliblər.