“İnter”ə çempionluq mübarizəsində ciddi zərbə
27.04.2025 - 18:57
“İnter”ə çempionluq mübarizəsində ciddi zərbə

İtaliya A Seriyasında XXXIV tura start verilib. 

Apasport.az xəbər verir ki, bu gün "Milan" və "İnter" meydana çıxıb.

"Neradzurri" "Roma"nı qəbul edib. Matçın taleyini bir qol həll edib. "Canavarlar" səfərdən qələbə ilə dönüblər.

"Milan" isə "Venesiya"nın qonağı olub. "Rossenyerilər" 2:0 hesablı qalibiyyətə seviniblər.

İtaliya A Seriyası
XXXIV tur
27 aprel
14:30. "Venesiya" - "Milan" 0:2
14:30. "Komo" – "Cenoa" 1:0
17:00. "İnter" - "Roma" 0:1
17:00. "Fiorentina" - "Empoli" 2:1