Kerem vurdu, “Benfika” heç-heçə etdi
10.05.2025 - 23:57

Portuqaliya Liqasında XXXIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan iki komanda - "Benfika" "Sportinq"lə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Ev sahiblərinin yeganə qolunu Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu vurub.
Qeyd edək ki, hər iki komanda turnir cədvəlində topladıqları 79 xalla 1-ci və 2-ci yerləri bölüşürlər.
0
0