La Liqa: “Espanyol” və “Vilyareal”dan minimalhesablı qələbə
22.02.2025 - 22:08

İspaniya La Liqasında XXV turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Alaves" öz meydanında "Espanyol" ilə üz-üzə gəlib.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Turun digər matçında "Vilyareal" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb.
Oyun qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.
İspaniya La Liqası
XXV tur
17:00. “Alaves” - “Espanyol” - 0:1
19:15. “Rayo Valyekano” - “Vilyareal” - 0:1
0
0