PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb
11.05.2025 - 12:54
PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb

Fransa Liqa 1-də çempionluğu təmin edən PSJ rekorda imza atıb.

Apasport.az xəbər verir ki, komanda XXXIII turun "Monpelye" ilə görüşünə (4:1) klub tarixinin ən gənc start heyətini çıxarıb. 

Meydanda yer alan futbolçuların orta yaşı 21 yaş 251 gün olub.

Paris təmsilçisinin əsas futbolçuları - Canluici Donnarumma, Əşrəf Hakimi, Markinyoş, Uilyam Paço, Nuno Mendeş, Vitinya, Fabian Ruiz və Usman Dembele matçın heyətində yer almayıblar.

Baş məşqçi Luis Enrike həmin oyunçulara istirahət verib.