“Real” finalda
02.04.2025 - 02:14

İspaniya kubokunda yarımfinal matçlarının cavab görüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, "Real Madrid" öz meydanında "Real Soseydad"la qarşılaşıb.
Gərgin keçən qarşılaşmada qapılara 8 qol vurulub. Görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə 2 görüşün ümumi hesabında 5:4 hesablı qələbə qazanan "kral klubu" adını finala yazdırıb.
İspaniya kuboku
Yarımfinal, cavab matçı
23:30. “Real Madrid” - “Real Soseydad” - 4:4, ilk matç (1:0)
0
0