“Siti”dən son dəqiqə qələbəsi
23.04.2025 - 00:59

İngiltərə Premyer Liqasında XXXIV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
"Mançester Siti" "Aston Villa"nı qəbul edib.
Oyunda hesab erkən açılıb. Bernardo Silva meydan sahiblərini sevindirib. Lakin çox keçmədən qonaqlar 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıblar. Burda Markus Reşford dəqiq olub.
Görüşün taleyi son dəqiqədə bəlli olub. Mattye Nunyes "şəhərlilər"ə üç xal qazandıran qolu vurub.
İngiltərə Premyer Liqası
XXXIV tur
"Mançester Siti" - "Aston Villa" 2:1
0
0