“Sivasspor” səfərdə, “Başakşəhər” evdə məğlub oldu
15.02.2025 - 19:11

Türkiyə Super Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Qaziantepspor" öz meydanında "Sivasspor"u sınağa çəkib.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Turun digər matçında isə "Başakşəhər" öz meydanında gözlənilməz şəkildə "Bodrumspor"a 0:1 hesabı ilə məğlub olub.
Türkiyə Super Liqası
XXIV tur
14:30. “Qaziantepspor” - “Sivasspor” - 2:1
17:00. “Başakşəhər” - “Bodrumspor” - 0:1
0
0