“Yunyated” “Liverpul”u məğlub etdi - 9 il sonra ilk dəfə
19.10.2025 - 21:40
“Yunyated” “Liverpul”u məğlub etdi - 9 il sonra ilk dəfə

İngiltərə Premyer Liqasında VIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Mançester Yunayted" səfərdə "Liverpul"la qarşılaşıb.

Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "qırmızı şeytanlar" sonuncu dəfə 2016-cı ilin yanvar ayında Mersisayd təmsilçisini səfərdə məğlub etməyi bacarmışdı.

İngiltərə Premyer Liqası
VIII tur
19:30. "Liverpul" - "Mançester Yunayted" 1:2
Qollar: C.Qakpo, 78, - B.Mbeumo, 2, H.Maquayr, 84