Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası qərar qəbul edib.
Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq.
B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan komandaları çıxış edəcək.
Azərbaycanı Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmsil edəcək. Komandanın kapitanı İlahə Qədimova olacaq.
Qeyd edək ki, dünya çempionatı 17-24 noyabrda təşkil olunacaq.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu