Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
01.10.2026 - 11:27
Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya

Türkiyə millisinin UEFA Millətlər Liqasında Belçika və İtaliya ilə keçirəcəyi səfər oyunları üçün heyətinə iki futbolçu əlavə olunub.

Apasport.az xəbər verir ki, U-21 millisinin heyətində yer alan Emirhan İlkhan və Yusuf Akçiçek əsas yığmaya dəvət ediliblər.

Hər iki futbolçu sentyabrın 26-da U-21 Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

Bu nəticə ilə Türkiyənin U-21 millisi pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, əsas milli komanda UEFA Millətlər Liqasında növbəti oyunlarını səfərdə Belçika və İtaliyaya qarşı keçirəcək.