Qubada beynəlxalq şahmat festivalı keçiriləcək
09.07.2026 - 16:38
Qubada beynəlxalq şahmat festivalı keçiriləcək

Qubada ikinci dəfə Qüdrət İsmayılovun xatirəsinə həsr olunan “Quba Open 2026” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Apasport.az xəbər verir ki, turnir sentyabrın 3-dən 10-dək Quba şəhərində baş tutacaq.

Turnirdə A qrupu (1900+ ELO), B qrupu (1899 ELO-dək), C qrupu (12 yaşadək), rapid və blits yarışları təşkil olunacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 24 420 manatdır.