Stolüstü tennisçilərimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər
17.09.2025 - 22:09
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma üzvləri məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə naş tutacaq "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar.
Təmsilçilərimizdən Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli qalib adı uğrunda yarışacaqlar.
Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
0
0