Stolüstü tennisçimiz Çinə yollanıb
02.01.2025 - 14:17
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.
Apasport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində hazırlıq keçəcək.
Qeyd edək ki, bu gün Şanxay şəhərində yerləşən "China Table Tennis College" mərkəzində startı veriləcək toplanış yanvarın 19-da yekunlaşacaq.
- Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycan birinciliyinə start verilib
- ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı olublar
0
0