Azərbaycan stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş mükafata sahib çıxıb.
Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kənan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata yiyələnmişdilər. Onur Quluzadə həmçinin Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını qazanmışdı.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək