Bakıda keçirilən "ITF Juniors J30 Baku" beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.
Apasport.az xəbər verir ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.
Oğlanların fərdi mübarizəsində Filip Smirnov 1-ci, Yakov Mazin isə 2-ci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina 1-ci, Yevgeniya Sklyar isə 2-ci olub.
Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi 1-ci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə 2-ci yeri tutub.
Qız cütlüklərin mübarizəsində Polina Korelova və Vasilisa Marçenko 1-ci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə turniri 2-ci sırada başa vurub.
Qeyd edək ki, turnir Bakı Tennis Akademiyasında təşkil olunub.
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb