Zirvə görüşü
20.08.2010 - 23:04
Zirvə görüşü
Bu gün kişi basketbol yığmaları arasında Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsi çərçivəsində birinci dövrənin son turunun oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Albaniya, İsveç, Rumıniya və Belarus millisi ilə birlikdə B qrupunda yer alan yığmamızın növbəti oyunu "doğma divarlar" arasında olacaq. Əvvəlki üç matçını qələbə ilə başa vuraraq, yer aldığı qrupa şəriksiz liderlik edən yığmamız bu gün "Sərhədçi" Olimpiya İdman Kompleksində qrupun favoritlərindən sayılan və yarış cədvəlində millimizin ən yaxın izləyicisi olan İsveçi qəbul edəcək.
Saat 19.00-da başlanacaq oyun "Lider" TV ilə canlı yayınlanacaq.
0