Millimiz İsveç qarşısında acız qaldı
21.08.2010 - 19:54
Millimiz İsveç qarşısında acız qaldı
Bu gün kişi basketbol yığmaları arasında Avropa çempionatının B divizionunda seçmə qrup mərhələsi çərçivəsində birinci dövrənin son turunun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Albaniya, İsveç, Rumıniya və Belarus millisi ilə birlikdə B qrupunda yer alan yığmamızın növbəti oyunu "doğma divarlar" arasında baş tutub.

Əvvəlki üç matçını qələbə ilə başa vuraraq, yer aldığı qrupa şəriksiz liderlik edən yığmamız "Sərhədçi" Olimpiya İdman Kompleksində qrupun favoritlərindən sayılan və yarış cədvəlində millimizin ən yaxın izləyicisi olan İsveçi qəbul edib. Skandinaviyalılara yalnız iki hissə müqavimət göstərən yığmamız qarşılaşmadan 73:101 hesablı məğlubiyyətlə ayrılıb.
0