“Valensiya”nın sabiq üzvü Azərbaycanda oynayacaq! – FOTO
22.08.2010 - 17:27
“Valensiya”nın sabiq üzvü Azərbaycanda oynayacaq! – FOTO
Kiprdə təlim-məşq toplanışında olan “Lokomotiv” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, növbəti mövsümə ciddi hazırlaşan paytaxt komandası Bolqarıstan yığmasının daha bir üzvünü – Yevelina Çvetanovanı heyətinə cəlb edib. Son mövsümdə “Rabitə”nin şərəfini qoruyan voleybolçu “dəmiryolçularla” 1 illik müqavilə bağlayıb.

Çvetanova milli komandalarının heyətində Avroliqanın bürünc mükafatçısı (2009), 3 qat Bolqarıstan çempionu, Azərbaycan Super Liqanın qalibi və CEV kubokunun üçüncü olub. Klub karyerası ərzində “Levski” (Bolqarıstan), “Kreklingen” (Almaniya), “Solyera” (İtaliya), “Kazanoçka” (Rusiya), “Valensiya” (İspaniya), “Mujinyanka” (Polşa), “Karşıyaka” (Türkiyə) və “Rabitə”nin (Azərbaycan) şərəfini qoruyub. 1974-cü ildə anadan olan təcrübəli voleybolçu 180 sm boya malikdir.

Qeyd edək ki, Azərbaycan çempionatının gümüş mükafatçısı Çvetanovadan öncə Bolqarlstan yığmasının liberosu Mariya Filippova ilə də 1 illik müqavilə imzalayıb.
0