Azərbaycan yığması 2 pillə gerilədi
23.08.2010 - 09:53
Azərbaycan yığması 2 pillə gerilədi
Kişi basketbolçular arasında Avropa çempionatının B divizionunun ilk dövrəsi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması İsveçə 73:101 məğlub olduqdan sonra turnir cədvəlində birinci pillədən üçüncü yerə enib.

Belə ki, Elxan Əliyevin yetirmələrinin yer aldığı qrupun digər oyununda Rumıniya basketbolçuları Belarusa 80:79 hesabı ilə qalib gələrək, top fərqinə görə həmyerlilərimizi qabaqlayıblar. İsveç hücumda məhsuldarlığına və müdafiədə inamlı oyununa görə birincidir.

Qeyd edək ki, 4 oyunda bir dəfə məğlubiyyət acısı yaşayan Azərbaycan yığması 7 xal toplayıb və Belarus (5 xal) və Albaniyadan (4 xal) irəlidədir.

1. İsveç

4

3

1

341-273

7

2. Rumıniya

4

3

1

329-308

7

3. AZƏRBAYCAN

4

3

1

338-329

7

4. Belarus

4

1

3

318-314

5

5. Albaniya

4

0

4

277-379

4

0