Milli komandamızın oyunlarının təqvimi
23.08.2010 - 10:24
Milli komandamızın oyunlarının təqvimi
Basketbol üzrə kişilər arasında Avropa çempionatının B divizionunun II dövrəsinə 2011-ci il avqustun 6-da start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk dövrədən sonra 7 xalla üçüncü pillədə qərarlaşan Azərbaycan yığması 5-ci görüşünü doğma divarlar arasında keçirəcək.

Həmin oyunda Albaniya basketbolçuları ilə üz-üzə gələcək Elxan Əliyevin yetirmələri avqustun 12-də Belarusa səfər edəcəklər. Komandamız növbəti son iki oyunda isə Rumıniya (evdə) və İsveçlə (səfərdə) qüvvəsini sınayacaq.

II dövrənin təqvimi

6 avqust, 2011-ci il

AZƏRBAYCAN – Albaniya
Belarus – İsveç

9 avqust
İsveç – Rumıniya
Albaniya – Belarus

12 avqust
Belarus – AZƏRBAYCAN
Rumıniya – Albaniya

15 avqust
Albaniya – İsveç
AZƏRBAYCAN – Rumıniya

18 avqust
Rumıniya – Belarus
İsveç – AZƏRBAYCAN
0