“İqtisadçı”nın üzvü Qran-Pridən kənarda qaldı
23.08.2010 - 16:49
“İqtisadçı”nın üzvü Qran-Pridən kənarda qaldı
Voleybol üzrə qadınlar arasında keçirilən dünya Qran-Pri turnirinin qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, bu yarışda “İqtisadçı”nın üzvü Vanna Buakava öncə Tailand yığmasının heyətində yer alsa da, sonradan baş məşqçi onu düşərgədən kənarlaşdırıb. Nəticədə qrup mərhələsində millidə onu Piyanut Pannoy əvəz edib.

Qeyd edək ki, Asiya çempionu adını qazanan Buakava ötən ildən paytaxt komandasının şərəfini qoruyur.
0