“Biz Azərbaycan yığmasına məğlub olmalı deyildik”
24.08.2010 - 10:06
“Biz Azərbaycan yığmasına məğlub olmalı deyildik”
“Biz Azərbaycan və İsveç yığmalarına məğlub olmalı deyildik. Onlara qalib də gələ bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarus millisinin basketbolçusu Pavel Ulyanko deyib.

Avropa çempionatının B divizionunda Azərbaycan yığması ilə eyni qrupda yer alan belaruslular hələ də zəif çıxışlarını təhlil edirlər. Ulyanko bildirib ki, ilk dövrədə məğlubiyyətlərində rəqibin oyunlarını izləməmələri və onlar barədə ətraflı məlumat toplamamaları ziyanlarına işləyib: “Artıq hər şey geridə qalıb. Komandamızda yeni perspektivli basketbolçular var. Zədə ilə bağlı problemimiz də olmayıb. Lakin məğlubiyyətlərin səbəblərini araşdırdıqda görürük ki, biz Azərbaycan və İsveçin oyunlarını analiz etməmişik. Cəmi 1 disklərinə baxmışıq. Bununla isə onların müdafiə və hücum xətləri barədə ətraflı məlumat toplaya bilməmişik. Amma artıq geriyə addımlaya bilmərik”.

Qeyd edək ki, Belarus komandası Azərbaycana 79:83, İsveçə isə 66:75 hesabı ilə məğlub olub.
0