Azərbaycan reytinq cədvəlində 1 pillə irəlilədi
25.08.2010 - 15:39
Azərbaycan reytinq cədvəlində 1 pillə irəlilədi
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlar arasında ölkələr üzrə reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, açıqlanan siyahıda Azərbaycan yeni rekord müəyyənləşdirərək, 154.33 xalla 15-ci sıraya yüksəlib. Bu xala əsasən ölkəmiz qadın komandalar arasında növbəti il CEV kubokunda və “Çelenc cup”da 2 klubla təmsil olunmaq hüququ qazanıb.

Ötən il 134.33 xalı olan Azərbaycanın reytinq cədvəlində bir pillə irəliləməsi isə “Rabitə” klubunun CEV kubokunda bürünc medal qazanması sayəsində baş verib. Nəticədə reytinqimizə 20 xal əlavə edilib. Lakin buna baxmayaraq, hələ də Çempionlar Liqasında iştirak hüququ qazanmamışıq. Reqlamentə əsasən, 1-11-ci yerin sahibləri qitənin ən mötəbər klub yarışında mübarizə aparacaqlar. Onlar, həmçinin Avropa kuboklarında ümumilikdə 5, 12-15-ci yerlərin sahiblər 4, 16-22-ci yerlərin sahibləri 3, 23-28-ci yerlərin sahibləri 2 və 29-35-ci yerlərin sahibləri isə 1 komanda ilə qüvvələrini sınaya bilərlər.

Qeyd edək ki, reytinq cədvəlinə 450.33 xalla İtaliya başçılıq edir. İkinci yerdə Rusiya (412.00), üçüncü yerdə isə Türkiyə (363.67) qərarlaşıb.
0