Milli komandamız Avropa çempionatına yollanmadı!
26.08.2010 - 11:20
Milli komandamız Avropa çempionatına yollanmadı!
Çimərlik voleybolu üzrə 23 yaşa kimi oğlan və qızlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatın yollanmayıblar. Azərbaycan Voleybol Federasiyasında apasport.az saytına verilən məlumata görə, buna səbəb komandamızın üzvləri Fəridə Rəsulova - Olqa Ajgibicevanın zədələnməsidir.

Oğlanlardan ibarət yığmamızın isə reytinq xalı aşağı olması qitə çempionatında iştiraka mane olub.

Qeyd edək ki, Avropa birinciliyi Yunanıstanda keçirilir.
0