Adnan Kistak: Hansı komandada çalışacağım hələ dəqiqləşməyib
26.08.2010 - 14:00
Adnan Kistak: Hansı komandada çalışacağım hələ dəqiqləşməyib
“Sabah Bakıya gələcəyəm. Amma hansı komandanı çalışacağım hələ dəqiqləşməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümdə “Azərreyl” voleybol klubunun baş məşqçisi olan Adnan Kistak deyib.

Türkiyəli mütəxəssisin bildirib ki, növbəti il də Azərbaycanda işləyəcək. Lakin onun baş məşqçi kimi çalışdıracağı komandanın adı sabah baş tutacaq danışıqlardan sonra müəyyənləşəcək: “Ölkənizi çox sevdiyim üçün yenidən orada işləyəcəyəm. Mənim hansı kluba baş məşqçi təyin olunacağımla bağlı qərarı isə Faiq Qarayev verəcək. Yəqin ki, bütün bu məsələlərə sabah aydınlıq gələcək”.

Qeyd edək ki, son mövsümdə Kistakın rəhbərliyi altında çıxış edən “Azərreyl” Super Liqada 4-cü olmuşdu.
0