“Nəqliyatçı”da 2 yeni voleybolçu - FOTO
27.08.2010 - 16:37
“Nəqliyatçı”da 2 yeni voleybolçu - FOTO
Bakının “Nəqliyyatçı” klubu daha 2 voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, 4 bolqarıstanlı legionerlə müqavilə imzalayan Adnan Kistakın komandası Azərbaycan yığmasının 2 üzvünün transferini də reallaşdırıb.

Belə ki, növbəti mövsümdən Dərya Zamanova və Lada Maksimova “Nəqliyyatçı”nın şərəfini qoruyacaqlar.

23 yaşlı voleybolçular Feliks Məmmədovun rəhbərliyi altında gənclər milli komandasında da ölkəmizi təmsil ediblər.

Qeyd edək ki, “Nəqliyyatçı” Zamanova və Maksimovadan öncə Tanya Sabkova, Vesele Bonçeva, Aneliya Paşina və Viktoriya Qriqorova ilə 1 illik müqavilə imzalayıb.
0