“Trabzonspor” yığmamızın 4 oyunçusu ilə müqavilə imzaladı
07.09.2010 - 16:57
“Trabzonspor” yığmamızın 4 oyunçusu ilə müqavilə imzaladı
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının 4 üzvünün “Trabzonspor” klubuna transferi reallaşıb. Bu barədə apasport.az saytına milli komandamızın baş məşqçisi Hikmət Abdullayev məlumat verib.

O bildirib ki, Eldar Fərəcov, Emin Aydəmirov, Kamran Alxazov və Sergey Georgevskinin bu mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq Qara dəniz təmsilçisi ilə 2 illik müqavilə imzalayıblar: “Trabzonspor”a baxışa 5 həndbolçumuz yollansa da, onlardan yalnız Nicat Əzizov heyətə cəlb edilməyib. Buna səbəb isə Super Liqada legioner limiti olub. Qaydalara əsasən, Türkiyə çempionatında komandalar 4-dən artıq əcnəbi ilə müqavilə imzalamaq hüququna malik deyillər”.

Qeyd edək ki, Fərəcov və Georgevski 2 il öncə də “Trabzonspor”da çıxış ediblər. Georgevski son mövsümü isə “Ankaraspor”da keçirib.
0