Yığmanın oyunçusu yenidən türkiyəli çalışdırıcının komandasını seçdi
09.09.2010 - 11:25
Yığmanın oyunçusu yenidən türkiyəli çalışdırıcının komandasını seçdi
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Şəfəq Kərimova “Azərreyl”lə vidalaşıb. Apasport.az saytının məlumatına görə, gənc voleybolçumuz növbəti mövsümdə “Nəqliyyatçı”nın şərəfini qoruyacaq. Kərimova yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, milli komandamızın üzvünün “Nəqliyyatçı”ya transferi komandanın yeni baş məşqçisi Adnan Kistakın istəyi ilə baş tutub. Son mövsümdə də Kərimova “Azərreyl”də türkiyəli mütəxəssisin rəhbərliyi altında oynamışdı.
0