Sahib Əliyev: Onunla müqavilə bağlayacağıq
09.09.2010 - 12:00
Sahib Əliyev: Onunla müqavilə bağlayacağıq
“Komandanın vəziyyəti ürəkaçan deyil. Maliyyə problemi həll olunmasa “Çelenc Cup”da vəziyyətimiz yaxşı olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişilərdən ibarət “Azərneft” voleybol klubunun baş məşqçisi Sahib Əliyev deyib.

Yığmamızın da çalışdırıcısı olan Əliyev Ukraynada beynəlxalq turnirdə sınadığı legionerlərdən narazı qalıb: “Artıq iştirak ərizələrinin beynəlxalq federasiyaya göndərilməsinə az qalıb. Lakin hələ heç bir əcnəbi ilə müqavilə bağlamamışıq. Ukraynada 3 legioneri sınaqdan keçirdim. Onlardan 2 ukraynalı voleybolçunun oyununu bəyənmədim. 1 belaruslu isə yaxşı təsir bağışladı, heyətimizi gücləndirə bilər. Maliyyə problemlərimiz həll olunarsa, onunla müqavilə bağlayacağıq. Komandamıza ondan əlavə 2 voleybolçu da lazımdır. Çünki qarşıda bizi Serbiyanın güclü “Partizan” klubu gözləyir”.

Qeyd edək ki, Ukraynada keçirilən beynəlxalq turnirdə sonuncu olan “Azərneft” oktyabrın 16-da “Çelenc Cup”da ilk oyununa çıxacaq.
0