Venesuela yığmasının üzvü Azərbaycan çempionatında
13.09.2010 - 12:00
Venesuela yığmasının üzvü Azərbaycan çempionatında
Voleybol üzrə qadınlar arasında Super Liqanın bürünc mükafatçısı “İqtisadçı” növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının çalışdıracağı paytaxt klubu Venesuela yığmasının oyunçusu Aleoskar Ruset Blankonu rənglərinə bağlayıb. 1987-ci ildə anadan olan və 189 sm boyu olan Blanko ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “İqtisadçı” venesuelalı voleybolçudan öncə hollandiyalı Alisa Blom, yaponiyalı Yuko Sano, amerikalı Tayibu Xaneef-Park, almaniyalı Katlin Ueiss, türkiyəli Filiz Özgür, ispaniyalı Mariya Fernandez və finlandiyalı Riikko Lehtoneni də heyətinə qatıb.
0