Basketbolçulara 28 milyonluq çek və 500 qızıl
14.09.2010 - 15:30
Basketbolçulara 28 milyonluq çek və 500 qızıl
Dünya Basketbol Çempionatında ikinci yeri tutan Türkiyə milli komandası dünən İstanbuldan Ankaraya dönüb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan milli komandanın oyunçularını qəbul edərək təbriklərini çatdırıb.

Baş nazir basketbolçuları 28 milyon lirəlik çek və 500 cümhuriyyət qızılı ilə mükafatlandırıb. Komandanın baş məşqçisi Tanjeviç və Türkiyə Basketbol Federasiyasının prezidenti Turqay Dəmirəl Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə təşəkkür edib. Daha sonra Tanjeviç texniki heyətin medallarını baş nazirə təqdim edib.

Milli komandanın kapitanı Hidayət isə millilərin imzası olan bir tablonu Rəcəb Tayyib Ərdoğana bağışlayıb.
0