İspaniyalı məşqçi Azərbaycan çempionuna qiymət verdi
14.09.2010 - 15:49
İspaniyalı məşqçi Azərbaycan çempionuna qiymət verdi
Rumıniyanın “Tırqu Mureş” futzal klubunun baş məşqçisi Sito Rivera Azərbaycan çempionu “Araz”a qiymət verib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis son illərdə dəyişməz çempionumuz olan Naxçıvan təmsilçisini asan rəqib saymır.

Rivera qitə miqyaslı oyunlarda çətin qrupa düşdüklərini bildirib: “Ötən il “Sportinq” braziliyalı futzalçıların sayəsində UEFA kubokunun qalibi oldu. Rəqiblərimizdən olan “Araz” Lissabonda keçirilən “Dördlər finalında” üçüncü pilləni tutdu. Çətin rəqiblərdəndir. Amma qrup oyunları doğma meydanda keçirildiyindən, bu dəfə yaxşı çıxış edəcəyimizə inanıram. “Nikars”la oyun daha əhəmiyyətlidir. Bu matçı mütləq qazanmalı və qrup oyunlarına uğurlu başlamalıyıq. Növbəti mərhələyə yüksələcəyimizə inanıram”.
0