Azərbaycan çempionu üçün “Qalatasaray” nümunəsi
17.09.2010 - 12:03
Azərbaycan çempionu üçün “Qalatasaray” nümunəsi
“Rabitə” voleybol klubunun Çempionlar Liqasındakı rəqibi “Dinamo Romplest” “Qalatasaray”la yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, İstanbulda təlim-məşq toplanışında olan rumıniyalılar hazırlıq çərçivəsində qarşılaşdıqları “sarı-qırmızılar”la oyunda heç nə ilə yadda qalmayıblar. Görüşün əvvəlindən sonunacan üstün oyun nümayiş etdirən Türkiyə klubu Super Liqanın qalibi “Rabitə”nin rəqibinə heç bir şans verməyib. İlk hissədə 25:22 hesabı ilə qələbə qazanan “Qalatasaray” növbəti setdə 25:21 hesabı ilə qalib gəlib. Son hissədə isə “Dinamo Romplest” daha zəif oynayıb və 16:25 hesabı ilə uduzub.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında debütünü noyabrda məhz “Dinamo Romplest”ə qarşı keçirəcək.
0