Şəki komandası Azərbaycan çempionatında oynamaq istəyir
23.09.2010 - 12:49
Şəki komandası Azərbaycan çempionatında oynamaq istəyir
Basketbol üzrə Azərbaycan çempionatında mübarizə aparacaq komandaların sayı artırıla bilər. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, son illərlə müqayisədə yeni mövsümdə klubların sayının 6 deyil, 8 olması planlaşdırılır.

Artıq bu komandalardan beşinin - “Qala”, “AzTop”, “Araz”, “Makkabi” və “Xəzər Universiteti”nin yarışda oynayacaqları dəqiqləşib. Bundan əlavə, növbəti mövsüm “Sərhədçi” və “Şəki” klubları da Azərbaycan çempionatında oynamaq arzusundadır. Şəki basketbol komandası bunu üçün rəsmi müraciət də edib. Sonuncu - 8-ci klubun adı yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, basketbol üzrə Azərbaycan çempionatının noyabrın əvvəllərində start götürəcəyi planlaşdırılır.
0