Məşhur komanda ev oyununu Bakıda keçirmək istəyir
24.09.2010 - 13:08
Məşhur komanda ev oyununu Bakıda keçirmək istəyir
Voleybol üzrə kişilərdən ibarət Serbiyanın “Partizan” klubu “Çelenc Cup” turnirinin hər 2 görüşünü Bakıda keçirmək istəyir. Bu barədə məlumatı apasport.az saytına “Azərneft” klubunun prezidenti Nazim Allahverdiyev verib.

Onun sözlərinə görə, ilkin mərhələdə mübarizə aparacaqları “Partizan” komandasının rəhbərliyi cavab görüşünün də Azərbaycanda olması üçün rəsmi müraciət edib. Artıq bu məsələyə müsbət cavab verən “Azərneft” serblərə və Avropa Voleybol Konfederasiyasına (CEV) razılıq məktubu göndərib. CEV də bununla bağlı müsbət qərar verərsə, komandalar paytaxtımızda qüvvələrini sınayacaqlar.

Oyunlar isə oktyabrın 16-sı və 17-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil ediləcək.
0