Natalya Məmmədova baxımlı oyun vəd etdi
11.01.2011 - 15:58
Natalya Məmmədova baxımlı oyun vəd etdi
“Bizi qrup mərhələsinin son oyununda yalnız qələbə qane edir. Bunun üçün var gücümüzlə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” voleybol klubunun kapitanı Natalya Məmmədovaya məxsusdur.

Bu gün Çempionlar Liqasının VI turunda Rumıniya “Dinamo-Romprest”ini sınağa çəkəcək paytaxt klubu pley-offa lider kimi yüksəlmək arzusundadır. Məmmədova bildirib ki, onlar bu oyununun vacibliyini gözəl başa düşürlər: “Növbəti mərhələyə vəsiqəni ötən tur qazansaq da, bu matç qrup birincisi olmaq üçün böyük əhəmiyyət kəsb edir. Bütün komanda bunu başa düşür və qələbə üçün güclərini ortaya qoyacaqlar. Məşqçimiz Dejan Brdjovuç də öz tövsiyələrini verib və taktikanı müəyyənləşdirib. Fikrimcə, zala toplaşacaq azarkeşlər ifamızda gözəl oyuna şahidlik edəcəklər”.

Qeyd edək ki, “Rabitə” ilk turda “Dinamo-Romprest”ə 3:0 hesabı ilə qalib gəlib.
0