Tailand yığmasının oyunçusu Bakı klubu ilə müqavilə imzaladı - FOTO
12.01.2011 - 13:47
Tailand yığmasının oyunçusu Bakı klubu ilə müqavilə imzaladı - FOTO
Bakının “Azərreyl” klubu heyətini yeni voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” az öncə zədə səbəbindən komandadan ayrılan amerikalı Angelina MkGinnesə əvəzedici tapıblar.

Belə ki, Azərbaycanın ən titullu klubu artıq Tailand yığmasının əsas toppaylayıcısı Nutsara Tomkomun keçidini həll edib. İsveçrənin “Şafhausen” komandasından transfer olunan 25 yaşlı voleybolçu ilə mövsümün sonunacan müqavilə imzalanıb. O, ümidləri doğrultsa növbəti mövsümdə də komandada saxlanılacaq.
0