II dövrə yanvarın 22-də başlayacaq
13.01.2011 - 13:14
II dövrə yanvarın 22-də başlayacaq
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatının II dövrəsinin başlama vaxtı müəyyənləşib. Bu barədə apasport.az saytına məlumatı milli komandanın meneceri Ləvənt Türknas verib.

Onun sözlərinə görə, VI turun oyunları yanvarın 22-də start götürəcək. Qarşılaşmalar isə əvvəlki kimi Basketbol Federasiyasının idman zalında keçiriləcək.

Türknas bildirib ki, artıq zal problemini həll etsələr də, yığmanın bu ay nəzərdə tutulan təlim-məşq toplanışı təxirə salınıb: “Müəyyən məsləhətləşmələrdən sonra yenidən oyunları əvvəlki məkanda keçirməyə qərar verdik. Düzdür, bura soyuq olsa da, çempionata kimi çətinliyi aradan qaldıracağıq. Amma milli komandanın nəzərdə tutulan toplanışını keçirməyəcəyik. Bu yəqin ki, II dövrə yekunlaşdıqdan sonra baş tutacaq”.

Qeyd edək ki, 5 turdan sonra “Araz” Azərbaycan çempionatının vahid lideridir.
0