Vitse-çempionumuzun Kiprə gedəcəyi tarix dəqiqləşdi
24.01.2011 - 10:35
Vitse-çempionumuzun Kiprə gedəcəyi tarix dəqiqləşdi
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup” turnirində keçirəcəyi növbəti oyunların tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gümüş mükafatçısının yarışın 1/8 final mərhələsində Kiprin “Apollon” klubu ilə ilk matçı paytaxtımızda baş tutacaq. “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək bu oyun fevralın 1-də, saat 18:00-da start götürəcək.

“Apollon” - “Lokomotiv” görüşü isə fevralın 8-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, cavab matçı Kiprin paytaxtı Limassolda olacaq.
0