Rumınlarla ilk oyunumuz fevralın 2-də olacaq
24.01.2011 - 11:07
Rumınlarla ilk oyunumuz fevralın 2-də olacaq
Bakının “İqtisadçı” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində ilk oyununun tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, səfərdə Rumıniyanın “Stiinta” komandası ilə baş tutacaq görüşün vaxtı açıqlanıb.

Belə ki, Azərbaycan Super Liqasının bürünc mükafatçısı növbəti oyununa fevralın 2-də çıxacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, paytaxtımızda təşkil ediləcək cavab qarşılaşmasının tarixi hələ müəyyənləşməyib.
0