Rumınlar fevralın 8-də Bakıya gəlirlər
25.01.2011 - 15:49
Rumınlar fevralın 8-də Bakıya gəlirlər
Bakının “İqtisadçı” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/8 final mərhələsində keçirəcəyi cavab matçının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Jan De Brandtin yetirmələri Rumıniyanın “Stiinta” komandasını fevralın 8-də qəbul edəcəklər. “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “İstisadçı” “Stiinta” ilə səfər matçını fevralın 2-də keçirəcək.
0