Daha 2 Bakı klubu Türkiyədə toplanışda - FOTO
28.01.2011 - 18:32
Daha 2 Bakı klubu Türkiyədə toplanışda - FOTO
Bakının “Azərreyl” və “İqtisadçı” voleybol klubları “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinə Türkiyədə hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, İstanbulun “Voley” Otelində təlim-məşq toplanışı keçən komandalarımız buranı yanvarın 30-da tərk edəcəklər.

“İqtisadçı”nın məşq çərçivəsində “Vakıfbank Güneş” və “Əczaçıbaşı” komandaları ilə yoxlama görüşləri nəzərdə tutulub. Bakı klubları hazırlıqlarını yekunlaşdırdıqdan sonra İstanbuldan Vətənə dönməyib, birbaşa “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin ilk qarşılaşmalarını keçirəcəyi ölkələrə yollanacaqlar.

Qeyd edək ki, “Azərreyl” fevralın 1-də Ukraynada “Ximik”in “İqtisadçı” isə ertəsi gün Rumıniyada “Stiinta”nın qonağı olacaq.
0